RU

Mədəniz narahatdırsa bunları edin

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.

Axşam.az xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınıza diqqət etməlisiniz.

Şişkinlik zamanı bunları yeyin:

Zəncəfil – Həzm prosesini sürətləndirir və qaz yaranmasını azaldır. Çay kimi və ya yeməklərə əlavə edilə bilər.

Nanə – Bağırsaq əzələlərini rahatladır, qaz və spazmları azaldır. Xüsusilə nanə çayı effektivdir.

Qatıq (probiotiklərlə) – Bağırsaq florasını balanslaşdırır, həzmi yaxşılaşdırır.

Kivi və ananas – Tərkibindəki fermentlər (aktinidin və bromelain) həzmi dəstəkləyir.

Yulaf – Liflə zəngindir, lakin həzmi yüngül formada tənzimləyir.

Xiyar – Su tərkibi yüksəkdir, ödemi və şişkinliyi azaldır.

Banan – Kalium baxımından zəngindir, bədəndə maye balansını tənzimləyir.

Bunlardan uzaq durun:

Qazlı içkilər

Çox duzlu və yağlı yeməklər

Paxlalılar (bəzi insanlarda qaz yarada bilər)

Süni şirinləşdiricilər

Çalışın yeməyi yavaş-yavaş yeyin. Yedikdən sonra bol su için və yüngül gəzintiyə çıxın. 

Əgər şişkinlik tez-tez təkrarlanırsa və ya ağrı ilə müşayiət olunursa, bu, İrritabl bağırsaq sindromu və ya Qastrit kimi problemlərin əlaməti ola bilər. Bu halda həkimə müraciət etmək vacibdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
3
axsam.az

4Источники