Peter Madyar Macarıstanın Avropa İttifaqı və NATO-da tamhüquqlu iştirakını bərpa edəcəyinə söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Macarıstanın müxalifət lideri Peter Madyar hakimiyyətə gələcəyi təqdirdə ölkəsinin Avropa İttifaqı (Aİ) və NATO-dakı tamhüquqlu və aktiv iştirakını bərpa edəcəyini bəyan edib.
O, hazırkı hökumətin xarici siyasət kursunu tənqid edərək, Macarıstanın beynəlxalq tərəfdaşlarla münasibətlərində yaranmış gərginliyi aradan qaldıracağını və ölkəni yenidən müttəfiqləri ilə sıx əməkdaşlıq müstəvisinə qaytaracağını vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az