RU

Premyer Liqada belə portuqal olmayıb

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı futbolçu olub.

Publika.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 32-ci turunda “Çelsi” ilə oyunda “şəhərlilər”in start heyətində meydana çıxıb.

Mançester klubunun mətbuat xidmətinin məlumatına görə, Bernardo Silva Premyer Liqada 297-ci oyununu keçirib və bu, onu Premyer Liqada ən çox oyun keçirən portuqaliyalı oyunçu edir. O, “Fulhem”, “Vest Hem” və “Arsenal”ın keçmiş oyunçusu Luis Boa Morteni (296) geridə qoyub. İlk üçlüyü Kriştiano Ronaldo (236) tamamlayır.

Избранный
6
47
publika.az

10Источники