“Mançester Siti”nin futbolçusu Bernardu Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub.
QOL.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 32-ci turun “Çelsi” ilə səfər oyununda bu göstəriciyə imza atıb.
"Şəhərlilər"in 3 cavabsız qolla qalib gəldiyi görüş Silvanın liqada 297-ci oyunu olub.
O, bu göstəricidə Luiş Boa Mortenin rekordunu (296 oyun) qırıb.
Premyer Liqada ən çox oyun keçirən futbolçular siyahısında 3-lükdə Kriştiano Ronaldodur - 233 matç.
Xatırladaq ki, 2017-ci ildə "Mançester Siti"də çıxış edən Portuqaliya millisinin üzvü mövsümün sonunda komandadan ayrılacaq.