RU

SON DƏQİQƏ: Bu ölkədə səfirliyimizin fəaliyyəti bərpa edilidi

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Xarici İşlər nazirliyi (XİN)  Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin fəaliyyətini bərpa etməsi barədə məlumat yayımlayıb.

Məlumatda deyilir ki, 12 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.
Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.
Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.
Məlumatda o da vurğulanır ki, Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.
Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

Избранный
17
45
veteninfo.az

10Источники