RU

Avropa liderləri Madyarın Macarıstandakı seçkilərdə qələbəsini alqışlayır

Avropa liderləri Macarıstanın yeni Baş naziri Peter Madyarı parlament seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.

"Far.Az" xəbər verir ki, müvafiq bəyanatlar sosial şəbəkələrdə dərc olunub.

Slovakiyanın Baş naziri Robert Fitso Peter Madyarı təbrik edərək, Macarıstan hökumətinin yeni başçısı ilə fəal əməkdaşlığa hazır olduğunu vurğulayıb.

"Macarıstan vətəndaşlarının dünən keçirilmiş parlament seçkilərində qəbul etdiyi qərara böyük hörmətlə yanaşıram. Yeni baş naziri səsvermənin nəticələri münasibətilə təbrik edir və onunla sıx əməkdaşlığa hazıram", - o, "X" hesabında yazıb.

Fitso qeyd edib ki, Bratislava Budapeştlə dostluq və qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək, hər iki ölkədə milli azlıqların vəziyyətinin yaxşılaşdırılması üzərində işləmək niyyətindədir. O, həmçinin Vışeqrad qrupu çərçivəsində əməkdaşlığın bərpasının və enerji təhlükəsizliyi sahəsində səylərin koordinasiyasının vacibliyini vurğulayıb.

Slovakiyanın Baş nazirinin sözlərinə görə, "Drujba" neft kəməri Slovakiya, Macarıstan və bütün Mərkəzi Avropanın enerji maraqlarının əsas elementi olaraq qalır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Madyarın qələbəsini təkcə Macarıstan üçün deyil, həm də Avropa demokratiyası üçün tarixi an adlandıraraq, təhlükəsizlik və rifah naminə birgə əməkdaşlığa ümidvar olduğunu bidirib.

Almaniya kansleri Fridrix Merts müraciətində güclü, təhlükəsiz və vahid Avropa naminə səyləri birləşdirməyə çağırıb.

İtaliyanın Baş naziri Corcia Meloni də Madyarı seçkilərdə inamlı qələbə münasibətilə təbrik edərək, Roma ilə Budapeşt arasındakı möhkəm dostluq əlaqələrini vurğulayıb.

Избранный
23
2
far.az

3Источники