RU

Orbanın gedişinə sevinənlər liderlər nələr dedi?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Macarıstan Baş naziri Viktor Orbanın seçkilərdə məğlubiyyəti Brüsseldə rahatlıq və hətta müəyyən dərəcədə məmnunluq yaradıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen seçkilərin nəticələrini belə dəyərləndirib:

“Macarıstan Avropanı seçdi. Avropa da həmişə Macarıstanı seçib. Birlikdə biz daha güclüyük”.

 Avropa Parlamentinin sədri Roberta Metsola isə deyib ki, Macarıstan yenidən “Avropanın ürəyi”ndə öz yerini tutur.

Fransa Prezidenti Emmanuel Makron vurğulayıb ki, bu qələbə macar xalqının Avropa İttifaqı (Aİ) dəyərlərinə və ölkənin Avropadakı roluna sadiqliyini göstərir.

Almaniya kansleri Friedrix Merz isə “güclü, təhlükəsiz və vahid Avropa” naminə birgə fəaliyyətə çağırıb.

Böyük Britaniyanın baş naziri Kir Starmer seçkiləri təkcə Macarıstan üçün deyil, Avropa demokratiyası üçün də “tarixi an” adlandırıb.

Polşanın baş naziri Donald Tusk qısa şəkildə belə deyib: “Macarıstan. Polşa. Avropa. Yenidən birlikdə!”

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
globalinfo.az

1Источники