RU

“Qüsursuz Nitq” Psixologiya Mərkəzi növbəti uğura imza atdı

“Qüsursuz Nitq” Psixologiya Mərkəzi daha bir sevindirici nəticə ilə gündəmə gəlib. Mərkəzin peşəkar komandası şəhid Vasif Heydərovun övladı Nihad Heydərovun sağlamlığına qovuşmasına dəstək olub.


Manset.az xəbər verir ki, Nihad Heydərov nitq geriləməsi, göz kontaktının zəifliyi, anlama və qavrama problemləri kimi çətin şikayətlərdən əziyyət çəkib. Lakin “Qüsursuz Nitq” Psixologiya Mərkəzinin təcrübəli mütəxəssisləri və mərkəzin rəhbəri Esmira Qafarovanın xüsusi yanaşması nəticəsində bu problemlər aradan qaldırılıb və Nihadın inkişafında müsbət dönüş əldə edilib.

Bu uğur bir daha sübut edir ki, “Qüsursuz Nitq” Psixologiya Mərkəzi uşaqların nitq və psixoloji inkişafı sahəsində effektiv nəticələr göstərən aparıcı mərkəzlərdən biridir.

Qeyd edək ki, “Qüsursuz Nitq” Psixologiya Mərkəzi hazırda bir çox filialları ilə fəaliyyət göstərir və son dövrlər əldə etdiyi uğurlarla diqqət mərkəzindədir. Mərkəz valideynlərin güvənini qazanan, peşəkarlığı ilə seçilən psixoloji dəstək və nitq terapiyası xidmətləri təqdim edir.


Manşet.az

Избранный
18
manset.az

1Источники