Macarıstanın Baş naziri Viktor Orban müxalifətdəki Tisza partiyasını parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Məlumatı “Anadolu” verib.
Tisza lideri Peter Magyar X sosial media hesabında hazırkı baş nazirin onun partiyasını seçki qələbəsi münasibətilə telefonla təbrik etdiyini bildirib.
Orban mətbuat konfransında məğlubiyyətini etiraf edib.
Macarıstan Milli Seçki Bürosunun ilkin məlumatlarına görə, bülletenlərin təxminən 72 faizi sayılıb. Müxalifətdəki Tisza partiyası səslərin 53 faizi ilə liderlik edir, Orbanın Fidesz partiyası isə səslərin 38 faizini toplayıb. Beləliklə, Milli Seçki Bürosunun məlumatına görə, Tisza parlamentdəki 199 yerdən 138-ni, hazırkı hakim Fidesz partiyası isə 54 yer qazanıb.
P.ƏMİRCANOV
XQ