GÖYGÖL, 13 aprel. TELEQRAF
Göygöl rayonunun dağ kəndlərinə qar yağır.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Sarısu kəndinə təxminən 10 sm-dən artıq qar düşüb. Tülallar kəndində isə qarın hündürlüyü 5 sm-ə çatıb.
Hazırda qar yağması davam edir.
Kəndlərlə rayon mərkəzini birləşdirən avtomobil yolları açıqdır. İşıq, su və qazın verilişində hər hansı problem yaranmayıb.