RU

Azərbaycanda bəzi xidmət haqqı tariflərinin yuxarı həddi müəyyənləşib

Bakı. Trend:

Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidməthaqqı tariflərinin yuxarı həddi müəyyənləşib.

Trend-in əldəetdiyi məlumata görə, tariflər bir neçə kateqoriya üzrə tətbiqediləcək.

Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCCkodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinintəsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinətəyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərininiştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddiaşağıdakı kimi olacaq:

  • “Drug Stores and Pharmacies” və “Grocery Stores andSupermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılanödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
  • “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılanödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
  • “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılanödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.

Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilindəödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərininiştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddimüəyyən edilməyəcək.

Qeyd edək ki, bu qərar 2026-cı il iyunun 1-dənqüvvəyə minəcək.

Избранный
14
2
az.trend.az

1Источники