RU

Zığ şosesindəki DƏHŞƏTLİ qəzanın VİDEOSU

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 12-si, gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ şosesində baş verən bu yol-nəqliyyat hadisəsi sükan arxasında olarkən diqqətli olmağın və zəruri təhlükəsizlik tədbirləri görməyin nə qədər önəmli olduğunu göstərir.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumatı nəqliyyat vasitəsi hər hansı səbəbdən yolun hərəkət hissəsində məcburi dayandığı zaman qəza dayanma işıq siqnalı yandırılmalı və nəqliyyat vasitəsinin arxasında ən azı 30 metr məsafədə xüsusi nişan yerləşdirilməlidir. 

Hər dəfə deyildiyi kimi, sürücülər yollarda diqqəti yayındıracaq vasitələrdən istifadə etməməli, xüsusilə də sutkanın qaranlıq vaxtı bu məsələyə daha məsuliyyətlə yanaşmalı və qaydalara əməl etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
2
lent.az

8Источники