RU

3 Cənubi Qafqaz ölkəsində əhali artımı necə olub? Maraqlı statistika

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

2000-ci ildən 2025-ci ilə qədər 3 Cənubi Qafqaz ölkəsində əhalinin artım tempində bir-birindən kəskin fərqlənən göstəricilər qeydə alınıb.

“AzPolitika” xəbər verir ki, “Visual Capitalist”-in araşdırmasına görə, Azərbaycan, Gürcüstan və Ermənsitan arasında demoqrafik vəziyyət baxımından ən üstün durum Azərbaycandadır.

Belə ki, son 25 il ərzində Ermənistan əhalisi 3,3% azalıb. Gürcüstan əhalisi eyni dövrdə 10,3% azalıb.

Azərbaycanda isə əksinə, artım baş verib və bu rəqəm 29,1%, təşkil edib.

Türkiyə(33,9%) və İranda(37,8%) bu göstərici daha yüksəkdir.

Qazaxıstanda əhali son 25 ildə 37 faiz artıb.

Rusiyada həmin dövrdə əhali 0,7% azalıb. Kəskin azalmanının olmaması əsasən Şimali Qafqaz və digər qeyri-rus əhalisinin üstün olduğu bölgələr hesabınadır.

ABŞ-də əhali son 25 ildə 21 faiz, Knadada 36 faiz artıb. Bu, əsasən yeni miqrantların axını ilə bağlıdır. Çində 11, Hindistanda 38 faizlik artım var.

Avropada ən böyük artım İrlandiya(43 faiz) və İslandiyadadır(40 faiz).

Dünyada ən sürətli əhali artımı Qətərdə qeydə alınıb - 25 il ərzində 423%. 

Əhali azalmasında anti-rekord göstərici Ukraynadadır. Onun əhalisi 25 il ərzində 32,5% azalıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
azpolitika.info

1Источники