Dağıstanın Tsuntin rayonunun Şaytli kəndində qar uçqunu bir neçə yaşayış evinin üzərinə düşüb.
Bizim.Media xəbər verir ki, Rusiya KİV-inin yaydığı məlumata görə, uçqun nəticəsində qadın və 7 yaşlı uşaq qar altında qalıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
İlkin məlumata əsasən, qar uçqunu səhər saatlarında baş verib və iki yaşayış evini örtüb. Hazırda axtarış-xilasetmə işləri aparılır. Prokurorluq da hadisəni nəzarətə götürüb.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта