RU

Orban dövrünün başa çatması Avropa İttifaqının siyasətinin nəticəsi oldu



"Macarıstanda Orban dövrünün başa çatması Avropa İttifaqının uğurlu siyasətinin nəticəsi oldu".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Macarıstandakı seçkilərin nəticələrini şərh edərkən deyib. O bildirib ki, Macarıstan Aİ ölkəsi olsa da, daim Aİ ilə fərqli mövqe nümayiş etdirir, qərarların qəbul edilməsini bloklayırdı:

"Bu durum Ukrayna səbəbindən Macarıstan rəhbəri ilə Aİ münasibətlərini kritik həddə gətirib çıxarmışdı. Orban sağ təmayüllü siyasətçi kimi milli dəyərləri üstün tuturdu. Türk dünyası ilə münasibətləri yüksək səviyyədə saxlamaqla yanaşı TDT-nın da müşahidəçi üzvü idi".

Azər Qasımov qeyd edib ki, yeni hakimiyyətin Avropa və Qərb meyilli siyasət yürüdəcəyi böyük ehtimaldır:

"Türk dünyası ilə münasibətlərdə ciddi dəyişikliklərin olacağı ehtimalı olsa da, hesab edirəm ki, bu, əsaslı dəyişikliklərə səbəb olmayacaq. Türkiyə və Azərbaycanın Macar xalqı ilə mənəvi və tarixi bağları münasibətlərdə əhəmiyyətli rol oynayacaq. Macarıstan türk mənşəli dövlət kimi öz mənşəyini hansı hakimiyyətin başda olmasından asılı olmayaraq unutmaz və TDT-kı fəaliyyətini də arxa plana keçirməz".

Süleyman
Избранный
4
1
newscenter.az

2Источники