RU

Aktyor: “Bu, dəhşəti bir şeydir”

Aktyor, şair  Əlibəy Məmmədli  insanları daha çox sosial şəbəkələrdən düzgün istifadə etməməkdə qınayıb.

Adalet.az bildirir ki, o, dünyasını dəyişənlərin fotolarının yayımlanmasını düzgün hal hesab etməyib:

 “Artıq insanlar öz doğmalarının ölmündəən belə “ xal” yığa bilirlər. Bu, dəhşətli bir şeydir.  Necə ola  bilər ki, mən atamın qəbri üstündə fərqli  formada dayanım ki, mənim şəklimi çəksinlər.  Bu artıq satiradır. Məhrəmiyyət deyilən anlayışı yox saymağa başlayırıq.  İnsanlar doğmaları dünyasını dəyişəndə onların fotolarını  sosial şəbəkədə  paylaşırlar. Hətta üzüntü işarəsi (smayl) də qoyurlar. Bu çox bərbad görüntüdür. Biz kimə nəyi sübut etmək istəyirik? Bu nəyin aclığıdır? Bəzən də düşünürəm ki, bu nəyin hikkəsidir?  Çox dəhşətli haldır”.

Əntiqə

Избранный
9
1
adalet.az

2Источники