RU

Keçmiş sədrdən xələfinə Tövsiyələr

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Hesablama Palatası mənə doğmadır, əməkdaşların 80%-i mənim vaxtımda dəvət olunan şəxslərdir. Səmərəlilik auditinin əsas seqmenti – strateji auditin genişləndirilməsinə diqqət artırılmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib. 

2007–2013-cü illərdə Hesablama Palatasının sədri vəzifəsini tutmuş indiki millət vəkili tövsiyələrini bildirmək istədiyini qeyd edib: “İdarəetmə auditi, yəni mövcud vəsait idarəetmə strukturu daxilində nə qədər səmərəli verilib – bu məsələyə diqqət eləmək lazımdır. Analitik tədbirlər keçirilir. Mən hesab edirəm ki, analitik tədbirlərin sayını yox, onu konkret funksional idarələrin gündəlik fəaliyyətinə çevirmək lazımdır. Cari xəzinə nəzarəti ilə rəqəmsallaşma kontekstini birləşdirib bu nəzarəti sonradan bərpası gərəkmədiyi bir tədbirə çevirməliyik.

Qurumun bunun üçün kifayət qədər kadrı, potensialı var. Amma oranın kadr sayını götürdükdə, bilik potensialına yox, kadr sayı potensialı və sahə baxımından yanaşdıqda, dövr tələb edir ki, həm səlahiyyətlərinin, həm sayının genişləndirilməsinə böyük ehtiyac var. 

Çünki ehtiyac var, çünki bundan sonra bu qurumdan daha böyük işlər gözləniləcək. Büdcədə nəticəliliyə keçirik, layihələrə keçirik”.

Qeyd edək ki, 2013-cü ildən Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdur. O, bu gün Milli Məclisdə Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edib. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
4
qafqazinfo.az

8Источники