Misli Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, "Kəpəz"lə matçda "Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmli bu uğura imza atıb.
Daha əvvəl Toral Bayramov, Kamilo Duran (hər ikisi "Qarabağ") və Domi Massumo ("Qəbələ") bunu bacarmışdı.
Rauf Toraldan sonra cari mövsümdə het-trik edən ikinci azərbaycanlı olub. Bununla da son 16 ildə ilk dəfə birdən çox yerli statusa malik futbolçu het-trik edib.
Sonuncu dəfə 2009/10 mövsümündə bunun şahidi olmuşduq. Həmin mövsümdə Fərid Quliyev, Nadir Nəbiyev və Samir Musayev het-trik etmişdi.
Qeyd edək ki, Rauf həm də "Karvan-Yevlax"ın Premyer Liqa tarixində ilk het-trik müəllifidir. Həmin matçdakı nəticə isə Yevlax təmsilçisinin yüksək dəstədə ilk böyükhesablı qalibiyyəti və ilk ev qələbəsi kimi də də tarixə düşüb.