RU

1 milyard manatdan çox nöqsan və təhriflər aradan qaldırılıb

"Hesablama Palatasının hesabatında mühüm müsbət istiqamətlərdən biri ondan ibarətdir ki, palatada strateji yanaşma və planlaşdırma yaxşı səviyyədədir".

Publika.az xəbər verir ki, bunu sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitənin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2021–2025-ci illərin strateji planlarında 90 faizdən çox icra təmin olunub. KPI indikatorlarının 90-dan çoxu təsdiq edilib. 2022–2026-cı illər üçün də strateji plan qəbul olunub: “Bu planın qəbul olunmasında biz də iştirak etmişik. Mənim və eyni zamanda parlamentin digər komitə idarələrinin iştirakı olub. Bu isə onu göstərir ki, planın qəbulunda parlament və palata arasında sıx əməkdaşlıq mövcuddur. Bu da palatanın institusional baxımdan kifayət qədər yaxşı səviyyədə olduğunu göstərir.

Deputat vurğulayın ki, ikinci müsbət məqam beynəlxalq əsaslara və standartlara uyğunluq palatada təmin olunub: “Bu, həm daxildə, həm də xaricdə palatanın fəaliyyətinə olan inam və etibarı nümayiş etdirir.

Избранный
8
1
publika.az

3Источники