RU

“ABŞ İrana nüvə silahı atmaq istəyir” – Sabiq nazirdən ŞOK açıqlama

ABŞ Prezidenti Donald Tramp “İran Hörmüz boğazı ilə bağlı verdiyi sözü tutmadığı üçün” aprelin 12-dən ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya almağa başladığını bəyan edib.

Birləşmiş Ştatlar öncə İranı Hörmüz boğazını bağlamağa təhrik etdi, indi isə özü bu boğazı bloklayır. Çoxları belə düşünürdü ki, Tramp İran tərəfindən bağlanmış Hörmüz boğazının açılması üçün mücadilə edir. Lakin bu gün ABŞ bu boğazı blokadayaraq, oradan İranın icazə verdiyi gəmilərin keçməsinə imkan vermir.

Bu, müharibəyə davam anonsumu?

Sabiq maliyyə naziri, iqtisadi-siyasi ekspert Fikrət Yusifov bildirib ki, regionda vəziyyət getdikcə dramatikləşir. ABŞ-nin bu müharibədəki əsas hədəfləri açıq-aydın göz qabağındadır:

“Bu gün Hörmüz boğazının açılması Trampa lazım deyil. Əksinə, indi o, bu boğazın mümkün qədər bağlı saxlanılmasına çalışır ki, sonda dünyanın bir çox ölkələri -  xüsusilə də Avropa Birliyi ölkələri və NATO boğazın açılması uğrunda ABŞ-İsrail cütlüyünün yaratdığı hərbi koalisiyaya qoşulsunlar.

Məqsəd budur. Tramp bu müharibənin məsuliyyətini digər dövlətlərlə və NATO ilə bölüşmək istəyir. Çünki dünya birliyi əzəldən bu müharibənin əleyhinə idi. Eyni zamanda ABŞ-n İsraillə birlikdə yaratdığı hərbi birliyi genişləndirməkdə məqsədi digər ölkələrin hərbi potensialından yararlanmaq da deyil. İranı bu müharibədə məğlub etmək üçün Birləşmiş Ştatların yetərli hərbi potensialı var. Sadəcə Tramp çox yaxşı anlayır ki, İran heç bir danışıqlara getməyəcək və onu bombalamaqla təslim etmək mümkün olmayacaqdır. Elə bu səbəbdən də Tramp İranı məğlub etməyin yeganə yolunu nüvə silahı işlətməkdə görür. Bu addım isə dünyanı silkələyəcək qədər təhlükəlidir. Məsələnin ciddiliyini yaxşı anlayan Birləşmiş Ştatlar prezidenti bu məsuliyyəti digər ölkələrlə bölüşməyi hədəfləyir”.

F.Yusifov hesab edir ki, ssenarinin davam təxminən belə nəzərdə tutulub:

“Təsəvvür edin, digər ölkələr də koalisiyaya qoşulduqdan sonra da ABŞ-la İran arasında danışıqlar heç bir nəticə vermir və Hörmüz boğazı bağlı qalır və boğazın bağlı qalması səbəbindən dünya iqtisadiyyatı ciddi itkilərlə üzləşir. Bu halda ABŞ İrana qarşı nüvə silahından istifadə etmək qərarı verir. Belə olarsa atılan addımın məsuliyyəti tək ABŞ və İsrailin üzərində deyil, hərbi koalisiyaya qoşulmuş digər ölkələrin də üzərində qalacaqdır. Müharibənin uzanmasının, Hörmüz boğazının bağlı qalmasının əsil səbəbi budur”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
13
musavat.com

1Источники