RU

Trampa bənzəyən qadın gündəm oldu - FOTO

İspaniyada tarlada işləyərkən görüntülənən bir qadının ABŞ-nin Prezidenti Donald Trampa bənzərliyi sosial mediada geniş müzakirələrə səbəb olub.


Yenilik.az xəbər verir ki, təsadüfi bir anda çəkilən fotoların yayılmasından sonra qadının sarı saçları, üz cizgiləri və ümumi görünüşünün Trampa oxşarlığı qısa zamanda diqqət çəkib.
 
Paylaşılan görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq minlərlə şərh və reaksiyaya səbəb olub.

Mütəxəssislər və istifadəçilər fərqli ölkələrdə zaman-zaman məşhur simalara bənzəyən insanların gündəmə gəlməsinin sosial mediada tez-tez rast gəlinən hadisə olduğunu qeyd edirlər. İspaniyada çəkildiyi iddia edilən görüntülərdə qadının kimliyi ilə bağlı rəsmi məlumat paylaşılmayıb. Bildirilir ki, kadrlar tamamilə təsadüfi bir anı əks etdirir.

Buna baxmayaraq, sözügedən bənzərlik sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.


Sfera.az

 

 

Избранный
22
yenilik.az

1Источники