Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası Aktaudakı BS Arenada Qazaxıstan yığması ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, komandalar aprelin 15-də də üz-üzə gələcəklər.