RU

Azərbaycan bu il Avropaya 3 milyard kubmetr qaz ixrac edib

Azərbaycan bu il Avropaya 3 milyard kubmetr qaz ixrac edib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib, bu da ötən ilin göstəricisinə bərabərdir.

AFN.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, hasil edilmiş qazın 3,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli” blokunun, 6,9 milyard kubmetri "Şahdəniz”in, 0,4 milyard kubmetri "Abşeron” yatağının, 1,8 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məlumata əsasən, bu dövrdə xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib, bu da 8,3% artım deməkdir.

"Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 1,5 milyard kubmetr), 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyayanın payına düşüb”, - məlumatda qeyd olunur.

Избранный
1
24
afn.az

10Источники