2026-cı ilin yanvar-martında Azərbaycanda orta illik inflyasiya 5,7 % təşkil edib. Bu göstərici yanvar- fevralda da 5,7 % olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Yanvar-fevralda da ölkədə orta illik inflyasiya 5,7 % olub.
Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 2026-ci ildə 134,1 milyard manat təşkil edəcək ki, bu da əvvəlki illə müqayisədə 2,9% real artım deməkdir. Son beş il ərzində nominal ÜDM 36,7 milyard manat (39,3%), real ifadədə isə 19% artıb. Bu barədə maliyyə naziri Sahil Babayev 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.
Qeyri-neft ÜDM 2025-ci ildə 101,7 milyard manat olub və 5% real artım nümayiş etdirib.
Son beş il ərzində bu sektorun nominal həcmi 36 milyard manat (62,7%), real artımı isə 34% təşkil edib.
Aytac