RU

“QHT-lər  dəyişikliklərin təşəbbüskarı və siyasət tərəfdaşı kimi çıxış etməlidir” - Çingiz Ramazanlı

2026–2030-cu illər üçün vərəmlə mübarizə sahəsində gözlənilən əsas trendlər və QHT-lərin bu prosesdə rolu ilə bağlı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a bildirib.

Çingiz Ramazanlı bildirib ki, vərəmlə (TB) mübarizə qlobal səviyyədə yeni mərhələyə daxil olur və 2026–2030 dövrü bu baxımdan dönüş nöqtəsi kimi qiymətləndirilir. Onun sözlərinə görə, artıq yalnız müalicə göstəriciləri deyil, həm də sistemli yanaşmalar və dayanıqlılıq əsas prioritetlər sırasında yer alır.

Sədr vurğulayıb ki, bu dəyişikliklər QHT-lərin rolunu yenidən müəyyən edir və onların fəaliyyətinə daha strateji yanaşmanı zəruri edir. O qeyd edib ki, əvvəlki mərhələdə QHT-lər daha çox icraçı rolunda çıxış edirdisə, yeni dövrdə onların funksiyası daha da genişlənir.

“Artıq bu təşkilatlar dəyişikliklərin təşəbbüskarı və siyasət tərəfdaşı kimi çıxış etməlidir” – deyə Ç.Ramazanlı bildirib.

Ç.Ramazanlının sözlərinə görə, 2026–2030-cu illər üçün əsas trendlərdən biri pasiyent mərkəzli yanaşmanın daha da güclənməsidir və bu prinsip artıq alternativ deyil, əsas istiqamət kimi qəbul olunur. O bildirib ki, müalicəyə sadiqliyin artırılması, fərdi yanaşmaların tətbiqi və sosial dəstək mexanizmlərinin genişləndirilməsi bu istiqamətin əsas elementləridir.

Sədr əlavə edib ki, stigma ilə mübarizə və ictimai məlumatlandırma əvvəlki kimi aktual olaraq qalır, lakin bu istiqamətdə yanaşma forması dəyişir. Onun fikrincə, ənənəvi maarifləndirmə üsulları yerini daha innovativ və rəqəmsal əsaslı həllərə verir.

Çingiz Ramazanlı bildirib ki, rəqəmsallaşma və məlumat əsaslı qərarvermə TB proqramlarının idarə olunmasında yeni imkanlar yaradır. O qeyd edib ki, süni intellekt, mobil tətbiqlər və real vaxt monitorinq alətləri risklərin daha erkən müəyyən edilməsinə şərait yaradır.

“QHT-lər bu prosesdə texnologiyanı yalnız istifadə edən deyil, eyni zamanda tətbiq edən və təşviq edən tərəf kimi çıxış etməlidir” – deyə sədr vurğulayıb.

Ç.Ramazanlının sözlərinə görə, maliyyələşmə yanaşmaları da dəyişir və donorlar artıq daha çox ölçülə bilən nəticələr və real təsir tələb edir. O bildirib ki, klassik layihə yanaşmaları getdikcə aktuallığını itirir və nəticə əsaslı idarəetmə modeli ön plana çıxır.

Sədr qeyd edib ki, QHT-lər bu dəyişikliklər fonunda sistemin kənarında deyil, məhz mərkəzində dayanmalıdır. Onun sözlərinə görə, bu qurumlar pasiyentlərin səsini çatdıran, siyasətə təsir edən və innovativ həllər təqdim edən əsas aktorlar kimi mövqelərini daha da gücləndirməlidirlər.

Çingiz Ramazanlı bildirib ki, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi bu istiqamətdə formalaşdırdığı yanaşma ilə praktiki model kimi çıxış edir. O qeyd edib ki, təşkilat pasiyent mərkəzli proqramları, regional nümayəndəlikləri və tərəfdaşlıq mexanizmləri vasitəsilə TB ilə mübarizədə sistemli təsir yaradır.

Sədr sonda vurğulayıb ki, 2026–2030-cu illər dövrü vərəmlə mübarizədə yeni yanaşmaların formalaşdığı mərhələdir və bu prosesdə QHT-lər 

Избранный
14
qht.az

1Источники