RU

Bu ölkədə qadın ordu komandanı oldu - İlk dəfə

Avstraliyada ilk dəfə olaraq orduya qadın komandan təyin edilib. 

News365.az yerli “The Conversation” nəşrinə istinadən xəbər verir ki, Syuzan Koyl adlı general-leytenant bu posta təyin olunan ilk qadın kimi tarixə düşüb. 

O bu ilin iyulundan vəzifəsinin icrasına başlayacaq. 

Qeyd edək ki, ordu komandanı Avstraliyanın quru qoşunlarında ən yüksək zabit vəzifəsidir. Ölkənin müdafiə naziri Riçard Marlz isə  Syuzan Koylun təyinatını tarixi hadisə adlandırıb. 

56 yaşlı S.Koyl 1987-ci ildə 17 yaşında olarkən ehtiyat hərbçi kimi Avstraliya ordusunın sıralarına qoşulub. Əvvəlcə Avstraliya Müdafiə Qüvvələri Akademiyasının və Kral Hərbi Kollecinin məzunu olub, sonra isə ABŞ ordusu Hərbi Kollecini fərqlənmə ilə bitirib. Şərqi Timorda, Solomon adalarında və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib, Yaxın Şərqdə 633-cü birləşmiş əməliyyatlar qrupuna komandanlıq edib. 

Избранный
13
1
news365.az

2Источники