RU

"Sabah"ın basketbolçusu Gənclər Çempionlar Liqasında rəmzi heyətdə yer alıb

"Sabah"ın və Azərbaycan basketbol millisinin üzvü Emmanuel Agbason FIBA Gənclər Çempionlar Liqasında (Youth Champions League) rəmzi "5-lik"də yer alıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, basketbolçu bir sıra ortalama statistik göstəricilər üzrə birinci olub.

O, effektivlik (35.0), xal (24.5), ribaund (16.5) və blok-şot (4.5) göstəricilərinə görə fərqləndirilib.

Emmanuel Agbason Gənclər Çempionlar Liqasında Türkiyənin "Tofaş" klubu ilə keçirilən oyunda dabl-dabla imza atıb. "Sabah"ın 86:60 hesablı qələbəsi ilə başa çatan oyunda 26 xal, 23 ribaundla qələbədə əsas pay sahiblərindən olub.

O, "Sabah"ın Almaniya təmsilçisi "Porşe BBA Lyudviqsburq" komandasını 72:61 hesabı ilə məğlub etdiyi oyunda isə 28 xal, 20 ribaund, 8 blok-şotla turnirin rekord göstəricisinə imza atıb.

Xatırladaq ki, "Sabah" Azərbaycan basketbolu tarixində ilk dəfə iştirak etdiyi Gənclər Çempionlar Liqasında 12 komanda arasında 7-ci olub.

Избранный
9
5
90deqiqe.az

7Источники