RU

Azərbaycan güləşçilərindən “Zəfər Kuboku”nun ilk günündə 4 medal

Bakı, 13 aprel, AZƏRTAC

Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər Kuboku”na start verilib.

Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ilk günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.

Sərbəst güləşdə İbrahim Həsənov (51 kiloqram) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıb. 51 kiloqramda Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov isə üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kiloqram) isə çempion olub.

Избранный
18
2
azertag.az

7Источники