RU

Mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidə olunur - AMB

Bakı. Trend:

Mənzil bazarında qiymətlərin artım tempində sabitləşmə müşahidəolunur.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildəmənzil bazarında qiymət artımı 12.2% olub. Qeyd edilib ki, ilkinbazar üzrə 12.7%, təkrar bazar üzrə isə 12.2% artım müşahidəedilib. Vurğulanıb ki, son ildə ilkin bazar üzrə artım tempi sabitolsa da, təkrar bazar üzrə artım tempində azalma nəzərə çarpıb.

“2025-ci ildə mənzil qiymətlərinin artımı əhalinin sərəncamdaqalan gəlirlərinin artım tempini üstələsə də, onlar arasındakı fərqil ərzində tədricən azalmışdır. Belə ki, Dövlət StatistikaKomitəsinin məlumatına əsasən, 2024-cü ilin sonu ilə müqayisədəmənzil qiymətləri 12.2%, sərəncamda qalan gəlirlər isə 7.6% artıb.Bununla belə, əsasən mənzil qiymətlərinin artım tempinin azalmasıfonunda iki göstərici arasındakı fərq il ərzində tədricən azalıb”,- məlumatda qeyd edilib.

Məqalədə:
Избранный
15
7
az.trend.az

9Источники