RU

"Barselona"nın transfer həmləsi boşa çıxdı

“Barselona” müdafiəçi transferində çətinliklə üzləşib. Metbuat.az xəbər verir ki, İngiltərənin “Bornmut” klubunda çıxış edən Marko Senesinin gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb. Bildirilir ki, “Barselona” futbolçu ilə maraqlansa da, onun İngiltərə Premyer Liqasında qalması ehtimalı daha yüksək qiymətləndirilir. İddialara əsasən, Senesinin nümayəndələri “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted”lə danışıqlar aparır.

Qeyd olunur ki, “Bornmut”un müdafiəçisi üçün yayda ciddi təkliflərin gələcəyi gözlənilir. Bu səbəbdən “Barselona”nın transfer uğrunda rəqabətdə çətinliklə üzləşə biləcəyi bildirilir.

Избранный
16
metbuat.az

1Источники