RU

ABŞ İrana qarşı yeni əməliyyata başlaya bilər: Tramp elan etdi Bu dəfə fərqli üsulla

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik yeni qarşıdurma ehtimalını gündəmə gətirib. Xüsusilə ABŞ-ın İran limanlarına daxil olan və ya çıxan gəmilərə qarşı dəniz blokadasına başlayacağı ilə bağlı açıqlaması vəziyyəti daha da kəskinləşdirib. 

ABŞ-ın növbəti əməliyyatı nə ilə nəticələnə bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-ın həyata keçirdiyi blokada siyasəti gərginliyin yenidən alovlanmasına səbəb ola bilər:

“Bu proses uzunmüddətli xarakter daşıyır. Nəzərə almaq lazımdır ki, ABŞ-İran münasibətlərində gərginlik hələ də davam edir. Münasibətlər olduqca kövrəkdir, çünki İslamabadda aparılan danışıqlarda hər hansı nəticə əldə olunmayıb. Lakin danışıqların tamamilə dayandırılacağını və bütün əlaqələrin kəsiləcəyini demək düzgün olmaz. Ehtimal ki, müəyyən müddətdən sonra yeni danışıqlar mərhələsi başlayacaq. Bu məsələ birdəfəlik həll edilə biləcək xarakter daşımır, çünki tərəflər arasında ciddi ziddiyyətlər mövcuddur və hər iki tərəf prinsipial mövqe nümayiş etdirir. İran bütün sanksiyaların dərhal ləğv edilməsini tələb edir. ABŞ isə zənginləşdirilmiş uranın təhvil verilməsini, uranın zənginləşdirilməsi prosesinin dayandırılmasını, İranın Yaxın Şərqdəki proksi qüvvələrinə dəstəkdən imtina etməsini və uzaqmənzilli raket proqramının dayandırılmasını tələb edir”.

Zeynal Əmrəliyev

Politoloq bildirib ki, tərəflərin qarşılıqlı iddiaları gələcəkdə hərbi qarşıdurma riskini artırır:

“ABŞ-ın son əməliyyatlarının körfəz istiqamətində həyata keçirilməsi də gözdən yayınmır. Yəni İranın bu istiqamətə daha çox diqqət ayırması fonunda ABŞ həmin bölgədəki zəiflikləri müəyyən edib. Bu baxımdan, növbəti mərhələdə ABŞ-ın körfəz istiqamətində fəaliyyətini gücləndirməsi və dənizdən əməliyyat ehtimalı gündəmə gəlir. Hazırda müşahidə olunan dəniz blokadası da bununla əlaqələndirilir.

Gələcəkdə mümkün əməliyyatların dənizdən və xüsusi təyinatlı qüvvələr vasitəsilə həyata keçirilməsi istisna edilmir. İran aviasiyasının əvvəlki dövrlərdə zəif olmadığını nümayiş etdirməsi də bu ssenarini gücləndirən amillərdən biridir. Danışıqlarda nəticə əldə olunmadığı təqdirdə, ABŞ növbəti addımlarını məhz bu istiqamətdə atacaq”.

Qeyd edək ki, aprelin 13-də ABŞ Prezidenti Donald Tramp sosial media hesabından İranı yenidən təhdid edib.

“Bu gün İran limanlarına daxil olan, eləcə də oradan çıxan gəmiləri blokadaya alacaq”, – deyə o bildirib.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
globalinfo.az

1Источники