RU

Dostumdur, amma düzgün danışmır Elnur Həsənli

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Vasif Məhərrəmli zövqlü və zövqsüz geyimlərdən danışıb. Onun verilişdə səsləndirdiyi fikirlərlə geyimdə rəng seçimi və stil anlayışı ilə bağlı müzakirələrə səbəb olub. O, “üçdən artıq rəngin geyimdə istifadəsini zövqsüzlük və hətta anormallıq” kimi dəyərləndirib və rənglərin düzgün kombinasiyasının vacibliyini vurğulayıb. Bu açıqlama sosial şəbəkələrdə fərqli reaksiyalar doğuraraq moda və fərdi stil sərbəstliyi mövzusunu yenidən gündəmə gətirib.Məsələ ilə bağlı tanınmış stilist Elnur Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.O, Vasif Məhərrəmlinin fikrinə hörmətlə yanaşsa da, “üçdən artıq rəngin anormallıq və ya zövqsüzlük hesab olunması” yanaşmasını düzgün saymır:“Moda və stil sahəsində çalışan insanlar rəngləri bir-biri ilə uyğunlaşdırmaq bacarığına malikdirlər və bu zaman konkret rəng sayına sərt məhdudiyyət qoymaq doğru deyil. Uç rəng üzərində qurulan kombinasiya klassik yanaşma hesab olunur. Bu, daha sadə və risksiz seçimdir. Məsələn, boz şalvar, tünd mavi pencək və açıq mavi və ya ağ köynək kimi kombinlər klassik və qəbul olunmuş üslubdur. Lakin bu, o demək deyil ki, daha çox rəng istifadə etmək zövqsüzlükdür”.O vurğulayıb ki, əsas məsələ rənglərin sayı deyil, onların necə uyğunlaşdırılması və təqdim olunmasıdır:“Geyim üzərinə əlavə olunan rənglər düzgün seçilərsə və zövqlə kombinasiya edilərsə, bu, əksinə, üslubu daha maraqlı və fərqli edə bilər. Zövq anlayışı rəng sayından asılı deyil. Yəni zövqsüz insan bir rənglə də uğursuz görünə bilər, zövqlü insan isə bir neçə rəngi uğurla bir araya gətirə bilər. Buna görə də, rəng çoxluğunu birbaşa zövqsüzlük kimi qiymətləndirmək düzgün yanaşma deyil. Vasif Məhərrəmli dostumdur və fikirlərinə hörmət edirəm. Sadəcə olaraq bu məsələdə fərqli düşünürəm”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
demokrat.az

1Источники