RU

"Kukuruznik”lər qayıdır: Rusiya yüzlərlə "An-2" təyyarəsini bərpa edir

Rusiya hazırda anqarlarda saxlanılan 700 “An-2” təyyarəsini yenidən istismara qaytarmaq niyyətindədir.

Musavat.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bu ideya Sibir Aviasiya Elmləri Elmi Tədqiqat İnstitutu tərəfindən irəli sürülüb. Bundan əvvəl “An-2”-ni əvəz edəcək yeni bir təyyarə yaratmaq cəhdləri uğursuz olub. İnstitut hesab edir ki, anbarda olan təyyarələr xidmət müddətinin yalnız 25-30%-nə çatıb və “An-2”-nin sabit xidmət müddəti yoxdur.

SibNIA hesab edir ki, "Kukuruznik”lərin modifikasiyası, bərpası və modernləşdirilməsi növbəti 5-7 ildə yerli aviaşirkətlərdə təyyarə çatışmazlığını ödəməyə kömək edəcək . Ondan sonra isə bu sinifdən yeni təyyarələr bazara çıxacaq.

Tərtibatçının sözlərinə görə, 2024-cü ildən bəri hakimiyyət orqanları anbarda olan və əvvəllər uçuşa yararlılıq üçün ləğv edilməsi planlaşdırılan 51 “An-2” təyyarəsindən 16-sını artıq geri qaytarıb. İstehsal edilən 17.500 “An-2” təyyarəsindən 14.700-dən çoxu utilizasiya edilib.

2025-ci ilin sonuna qədər 62 operatorun 249 “An-2” təyyarəsi qalmışdı, Rusiya OADKYC-ın (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) donanmasında isə daha 276 təyyarə var idi. SibNIA-nın təhlili həmçinin göstərir ki, “An-2”-nin həyat dövrünün təxminən 2100-cü ildə başa çatacağı və ASh-62Ir mühərrikinin xidmət müddətinin 2063-cü ilə qədər işlək olacağı gözlənilir.

Xatırladaq ki, bu təyyarələr ötən əsrin 50-ci illərindən istismardadır. Nikita Xruşovun hakimiyyəti dövründə qarğıdalı sahələrinin dərmanlanması bu təyyarələr vasitəsilə həyata keçirildiyindən el arasında onlar “kukuruznik” adlandırılırdı. Ancaq bu təyyarələr Azərbaycan və Özbəkistanda pambıq plantasiyalarına dərman preparatların səpilməsində də geniş istifadə edilirdi.

Dünya ölkələrinin pilotsuz uçan aparatları təkmilləşdirdiyi bir dövrdə Rusiya aviasiyasının 60-70 il əvvəl istehsal edilmiş uçuş aparatlarından yapışıb qalması təəccüb doğurur.

Musavat.com

Избранный
24
musavat.com

1Источники