RU

9 yaşlı uşaq paltarsız və ac halda tapıldı: Atası və sevgilisi həbs olundu - Fransada

Fransanın Elzas regionunun Yuxarı Reyn departamentində 9 yaşlı oğlunu bir ildən artıq qanunsuz olaraq saxlayan ata bir il müddətinə ilkin həbs qətimkan tədbiri ilə həbs edilib.

Ölkə.Az BFM-ə istinadən xəbər verir ki, Müluz prokurorluğunun məlumatına görə, 43 yaşlı kişiyə qarşı ağırlaşdırıcı hallarda azadlıqdan qanunsuz məhrumetmə və uşağı qayğıdan məhrum etmə ittihamları irəli sürülüb.

Uşaq aprelin 6-da Hahenbax kommunasında bir furqonda aşkar edilib. Yerli sakin uşaq səsinə bənzər səslər eşitdikdən sonra polisə xəbər verib. Tapılarkən uşaq ağır vəziyyətdə olub: paltarsız, çirkli döşəkçənin üzərində və həddindən artıq arıqlamış halda tapılıb.

İstintaqın məlumatına görə, ata uşağı 2024-cü ilin noyabr ayından bəri furqonda saxlayırmış. O, bunu guya oğlunu "qorumaq üçün" etdiyini, uşağın psixiatriya müəssisəsinə yerləşdirilməsindən qorxduğunu iddia edib.

İş üzrə kişinin birlikdə yaşadığı qadın da məsuliyyətə cəlb olunub. Ona qarşı yetkinlik yaşına çatmayana kömək göstərməmə və qəddar rəftar faktlarını gizlətmə ittihamları irəli sürülüb.

Избранный
16
1
olke.az

2Источники