Misli premyer-liqasının 28-ci turunda keçiriləcək “Qarabağ” - “Sabah” qarşılaşmasının biletləri sabahdan satışda olacaq.
"Football-plus.az" xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Biletlər sabah saat 15.00-dan etibarən "iticket.az"da onlayn satışda olacaq. 16, 17 və 18 aprel tarixlərində isə biletləri həm "iticket.az"dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən klubun fanşopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadı.
Qeyd edək ki, stadionun qapıları oyunun start fitindən 120 dəqiqə əvvəl azarkeşlərin girişi üçün açılacaq.
Xatırladaq ki, qarşılaşma aprelin 18-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19.30-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта