RU

"İnter" hələ çempion deyil"

İtaliya A Seriyasında çempionluq yarışına dair “İnter” klubunun sol müdafiəçisi Karlos Auqusto fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, o, mətbuat konfransında bildirib ki, komanda hələ skudettonu qazanmayıb və mübarizəni davam etdirməlidir:

“Biz hələ çempionluğu qazanmamışıq. Qələbələri davam etdirməliyik. Keçən mövsüm hər şeyin necə bitdiyini yaxşı xatırlayırıq, buna görə də titulu təmin etmək üçün maksimum gücümüzü ortaya qoymalıyıq”.

Qeyd edək ki, bazar günü Kristian Kivu rəhbərlik etdiyi “İnter” “Komo” üzərində 4:3 hesablı qələbə qazanaraq turnir cədvəlində ən yaxın izləyicisi “Napoli”ni 9 xal qabaqlayıb. Mövsümün bitməsinə isə 6 tur qalıb. Jurnalistlərin çempionluğun artıq həll olunub-olunmaması ilə bağlı sualına Auqusto ehtiyatlı yanaşıb.

Xatırladaq ki, ötən mövsüm “neradzurri” son turlarda liderliyi əldən vermiş və “Napoli”dən cəmi 1 xal geri qalaraq çempionluğu itirmişdi.

Избранный
39
90deqiqe.az

1Источники