RU

“Real”ın yay planları - bir hücumçu gedir, digəri qalır

Həftənin bazar ertəsi günləri “The Athletic” nəşrində ənənəvi olaraq Madridin “Real” klubu ilə bağlı material dərc olunur.

90deqiqe.Az-ın məlumatına görə, yeni buraxılışda klubun yay transfer planları müzakirə edilib.

Mənbənin məlumatına görə, hücumçu Qonsalo Qarsiya növbəti mövsüm üçün “Real”ın planlarına daxil deyil. Madrid klubunda hesab edilir ki, futbolçu daha çox oyun praktikası qazanacağı bir komandaya keçməlidir. Ən real variant onun satılmasıdır. 22 yaşlı futbolçunun dəyəri 30 milyon avro kimi qiymətləndirilir.

Endriklə bağlı isə klub braziliyalı futbolçunu komandadakı rolunun vacibliyinə inandırıb. Madrid təmsilçisi 19 yaşlı hücumçu icarədən “Lion”dan qayıtdıqdan sonra onunla bağlı heç bir transfer təklifi nəzərdən keçirməyəcək. Futbolçunun ətrafı da artıq yay üçün mümkün təklifləri müzakirə etmir.

Избранный
27
90deqiqe.az

1Источники