RU

Bakıda gecədən başlayan yağış davam edir XƏBƏRDARLIQ

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Bakıda gecə saatlarından başlayan intensiv yağış səhər saatlarında da davam edir.

Bakupost.az xəbər verir ki, yağıntı fasiləsiz xarakter daşıyır və şəhərin əksər ərazilərini əhatə edir. Hazırda da yağış davam edir.

Havanın temperaturu 10–11 dərəcədir. Yağıntılı hava şəraiti səbəbindən bəzi küçə və prospektlərdə suyun yığılması müşahidə olunur.

Qeyd edək ki, dünən yol polisi də sürücülərə müraciət edib. Bildirilib ki, belə hava şəraitində yollarda ehtiyatlı olmaq, zəruri olmadığı hallarda isə avtomobillə yola çıxmamaq tövsiyə olunur.

Sinoptiklərin məlumatına görə, qeyri-sabit hava şəraiti bu gün davam edəcək.

Elnur

Baku Post

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
55
www.bakupost.az

1Источники