RU

Biləsuvarda qanvermə aksiyası keçirilib

Biləsuvarda rayon icra hakimiyyəti, respublika Qan Bankı və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib.

Aksiya xüsusi tibbi briqadanın həkim-hematoloqları və mərkəzi xəstəxananın tibb heyətinin iştirakı ilə sağlam həyat tərzinin təbliği və talassemiya, hemofiliya, digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə təşkil olunub.

Rayon icra hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə və müəssisələr, o cümlədən tibbi personalın könüllü olaraq qoşulduğu aksiyada donorların sağlamlıq vəziyyəti öncədən yoxlanılaraq qanvermə prosesinə cəlb ediliblər. Tədbirdə qan donorluğunun faydaları barədə iştirakçılara ətraflı məlumat da verilib. 

S.QUBADOĞLU,

"Azərbaycan"

Избранный
29
azerbaijan-news.az

1Источники