RU

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

UEFA Çempionlar Liqasında 1/4 final mərhlələsinin cavab oyunlarına start verilir.

Publika.az xəbər verir ki, azarkeşlər bu gün 2 maraqlı qarşılaşma izləyəcəklər.

Turnirin son qalibi PSJ İngiltərədə "Liverpul"un qonağı olacaq. Parisdə 2 cavabsız qolla qalib gələn Fransa nəhəngi "Enfild Roud"da yaxşı günlərini yaşamayan rəqibi qarşısında üstünlüyünü qorumağa çalışacaq.

Digər dueldə isə İspaniya nəhəngləri "Atletiko" ilə "Barselona" üz-üzə gələcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanan Madrid təmsilçisinin yarımfinala adlamaq şansı böyükdür.

Hər iki görüş saat 23:00-da başlayacaq.

Избранный
37
publika.az

1Источники