RU

Netanyahu kəşfiyyatın başına öz adamını gətirdi - Mossadın yeni rəhbəri kimdir?

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahu özünün hərbi katibi, general Roman Qofmanı "Mossad"ın yeni rəhbəri təyin edib. Lakin bu təyinat İsrailin hərbi və siyasi elitasında ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, vəzifəsini təhvil verən hazırkı rəhbər David Barnea və ölkənin baş prokuroru Qali Baharav-Miara Qofmanın təcrübəsizliyini əsas gətirərək bu qərara qarşı çıxırlar.

1976-cı ildə Belarusda doğulan Qofman 14 yaşında İsrailə köçənə qədər yəhudi olduğunu bilməyib; valideynləri antisemitzmdən qorunmaq üçün bu faktı ondan gizli saxlayıblar. İsraildə boks üzrə çempionluqdan hərbi karyeraya keçən Qofman, Suriya və Livanda həyata keçirilən bir çox gizli əməliyyatların rəhbəri kimi tanınır. Xüsusilə "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsi və "peycer partlayışları" kimi səs-küylü əməliyyatlarda onun strateji rolunun olduğu iddia edilir.

Netanyahuya sadiqliyi ilə seçilən Qofman, eyni zamanda Rusiya və İran masaları üzrə ekspert hesab olunur. Rus dilini ana dili kimi bilməsi onu Netanyahunun Putinlə münasibətlərində əsas vasitəçiyə çevirib. Lakin onun kəşfiyyat sahəsindəki uğurları ilə yanaşı, keçmişdə qeyri-qanuni yollarla 17 yaşlı bir gənci məxfi sənədlərin yayılması üçün istifadə etməsi və bu hadisənin məhkəməyə qədər uzanması onun reputasiyasına ciddi kölgə salır.

Ekspertlər hesab edir ki, bu təyinat Netanyahunun təhlükəsizlik qurumları üzərində tam nəzarəti ələ keçirmək cəhdidir. Oktyabrda gözlənilən seçkilər öncəsi strateji kəşfiyyatın başına özünə yaxın şəxsi gətirməsi baş nazirin daxili və xarici siyasətdəki "sərt xətt" siyasətini davam etdirəcəyinin göstəricisidir.

Избранный
28
turkic.world

1Источники