RU

Ülkər İsayeva rektor təyin olunub? – Universitetdən AÇIQLAMA

Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayevanın ali təhsil ocağına rektor təyin edilməsi ilə bağlı “TikTok” sosial şəbəkəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Məsələ ilə bağlı NOCOMMENT.az-ın Xəzər Universitetindən əldə etdiyi məlumata görə, yayılan iddialar yanlışdır. Ülkər İsayeva hazırda Elmi işlər üzrə prorektor vəzifəsində fəaliyyətini davam etdirir. Hazırda universitet rəhbərliyində hər hansı dəyişiklik baş verməyib.

Qeyd edək ki, Ülkər İsayeva universitetin təsisçisi və rəhbəri Hamlet İsaxanlının qızıdır.

Nərmin,
NOCOMMENT.az

Избранный
62
nocomment.az

1Источники