ain.az bildirir, Cebheinfo portalına istinadən.
Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramayurgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin verdiyi məlumata görə Vaqif Əmiraslanın “Gülüstan” pyesi əsasında eyni adlı tamaşasının məşqlərinə başlanılıb.
Onun sözlərinə görə, real həyat həqiqətləri üzərində hazırlanacaq tamaşa 44 günlük Zəfər müharibəsinin ədəbi və bədii bütövlüyünü özündə əks etdirməklə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranlarına, qazilərimizə ithaf olunmaqla dəvət edilmiş gənc rejissor Fuad Cavadzadənin traktofkasında ictimaiyyətə təqdim ediləçək.
Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, yeni yaradıcılıq işinin quruluşçu rəssamı Mirzə Mehdi Hüseynov, bəstəkarı Svetlana Hüseynova, xoreoqrafı Sənan Cavadov və qrafik işi isə Sübhan İbrahimova məxsusdur:
"Səhnə əsrində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, Kəmalə Məmmədova daxil olmaqla bütövlükdə teatrın 30-dan çox aktyor heyəti iştirak edəçək. Tamaşanın premyerası may ayının 17-də ictimaiyyətə təqdim ediləcək".
"Cebheinfo.az"



Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.