RU

Azərbaycanda meyit donorlardan ən çox transplantasiya olunan orqanlar açıqlandı

Bakı. Trend:

“Bu günə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqanvə toxuma transplantasiya edilib”.

Trend xəbər verirki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirindəSəhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrəKoordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasovaaçıqlayıb.

Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-iürək, 30-u isə gözün buynuz qişasıdır: “Ümumilikdə isə beyin ölümüprotokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümüdiaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfəbeyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanlarıköçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtinaedib”.

Y.Abbasova bildirib ki, transplantasiyaya olunmuş orqan vətoxumalar əməliyyatı icra edən həkim komandası tədəfindən daimnəzarətdə saxlanılır, mütəmadi olaraq qan təhlillərinə baxılır,qəbul olunan immunsupressiv dərmanların dozaları qan təhlillərinəuyğun tənzimlənir: “Lazımi hallarda digər müayinə metodlarındanistifadə olunur. Transplantasiya edilmiş orqanların keyfiyyətinənəzarət klinik qiymətləndirmə, laborator və instrumentalmüayinələri əhatə edir. Həkimlər xəstənin ümumi vəziyyətini vətransplantasiya olunmuş orqanın funksiyasını mütəmadi olaraqqiymətləndirirlər. Qan və digər laborator analizlər vasitəsiləorqanın funksional göstəriciləri və mümkün immun reaksiyalarizlənilir. Eyni zamanda ultrasəs müayinəsi, kompüter tomoqrafiyasıvə maqnit-rezonans tomoqrafiyası kimi instrumental üsullar orqanınstrukturu və qan dövranını qiymətləndirməyə imkan verir. Zərurətyarandıqda transplantasiya olunmuş orqandan biopsiya götürülərəkhistoloji müayinə aparılır və rədd olunma əlamətləri araşdırılır.Ümumilikdə əməliyyat olunan resipientler haqqında günlük, həftəlik,aylıq və illik təqiblər Səhiyyə Nazirliyi Orqan Donorluğu vəTransplantasiyası üzrə Koordinasiya Mərkəzinə mütəmadi olaraqgöndərilir”.

Azərbaycanda
Məqalədə:
Избранный
11
1
az.trend.az

3Источники