RU

Gədəbəydə vəzifəli şəxslər aliment pullarını mənimsəməkdə ittiham olunur

Bakı.Trend:

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov vəsabiq icra məmuru Səbuhi Hüseynov aliment və borc işləri üzrəvəsaitləri mənimsəməkdə təqsirləndirilir.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin qanunsuz əməlləri barədə ƏdliyyəNazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciətiəsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Başİdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeydedilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadəedərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelədigər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrəayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlifməbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yoluilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatdaxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələrmüəyyən edilib.

Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi HüseynovaAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (küllimiqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı)maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsindəpolisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisinnəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkantədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsininödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyətiüzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Избранный
30
40
az.trend.az

10Источники