RU

Türkiyədə liseyə silahlı hücum edən məktəbli özünü öldürüb, 16 nəfər yaralanıb - Yenilənib 

Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb..

NTV-nin xəbərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Hücumu törədən məktəblinin özünü öldürdüyü bildirilir.

***

Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.

NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür. (APA)

Poliqon.info

Избранный
17
3
poliqon.info

10Источники