Azərbaycan U-20 yığmasının heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ın gənc futbolçusu Əli Bəşirov heyətdən çıxarılıb. O, zədəsinə görə təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Onu "Qəbələ"nin futbolçusu Ariz Kərimov əvəz edəcək.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.