RU

İnsanlar problemlərini bu yolla həll edirlər Ekspert fikri

ain.az, 525.az saytına istinadən bildirir.

“Gəliri aşağı olan insanlar problemlərini həll etmək üçün kreditlərə müraciət edirlər. Sosial durumu yaxşı olmayan insanlar işlərini, problemlərini bu yolla həll edirlər. Gəlirləri azaldıqca krediti ödəyə bilmədikləri üçün borc yığılır üst-üstə”.

Bunu 525.az-a iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. Ekspert vurğulayıb ki, faizlər yüksək olduğu üçün borcun məbləği ikiqat çoxalır:

"İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alıb banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməlidirlər. Kreditləri vətəndaşlara aşağı faizlə təklif etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Faizlər aşağı olsa, insanların ödəmə imkanları artar".

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
40
525.az

10Источники