RU

SON DƏQİQƏ: Kılıçdaroğluna həbs cəzası verildi

Türkiyənin CHP partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi ifadələrə görə 11 ay 20 gün müddətinə həbs cəzasına məhkum edilib.

Musavat.com  "Haberler.com"a istinadən xəbər verir ki, qərar Mersin 3-cü Cinayət Məhkəməsində keçirilən iclasda elan olunub.

Məhkəmə Kılıçdaroğlunun "Prezidenti təhqir etmək" cinayətində təqsirli olduğunu əsas gətirərək bu hökmü çıxarıb. Kılıçdaroğlunun vəkili Cəlal Çelik "Yeniçağ" qəzetinə verdiyi açıqlamada qərarı qəbul etmədiklərini və bunu "siyasi qərar" kimi qiymətləndirdiklərini bildirib. 

"Tam bir hüquqsuzluqla üz-üzəyik. Bu qərar qəbulolunmazdır. Biz bu ədalətsiz qərardan apelyasiya şikayəti verəcəyik və əminik ki, yuxarı instansiya məhkəməsi tərəfindən ləğv ediləcək.", - Çelik açıqlamasında deyib.

Qeyd edək ki, Kılıçdaroğlu iki il əvvəl eyni iş üzrə "dövlət məmurunu vəzifə borcunu yerinə yetirdiyi üçün açıq şəkildə təhqir etmək" ittihamı ilə Ankarada ifadə verib. O, müdafiə çıxışında sözlərinə görə peşman olmadığını vurğulayaraq, həyatı boyu dürüst çalışdığını və övladlarını halal ruzi ilə böyütdüyünü deyib.

Kılıçdaroğlu həmin vaxt məhkəmədəki çıxışında "Çox böyük büdcələri idarə etmişəm, hər zaman kasıb-kusubun pulunu və maraqlarını qorumuşam. Millətimi və dövlətimi hər zaman sevmişəm, sədaqətdən heç vaxt ayrılmamışam" ifadələrini işlətmişdi. Məhkəmənin bu qərarından sonra prosesin necə davam edəcəyi maraq doğurur.

Musavat.com

Избранный
5
musavat.com

1Источники