RU

"VTB (Azərbaycan)" böyüyb - kredit və depozit portfelləri artıb

2026-cı ilin yanvar–mart aylarını əhatə edən ilk rüb üzrə "VTB (Azərbaycan)" ASC maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri, kredit portfeli və depozit bazası artıb.

"Marja"nın məlumatına görə, "VTB (Azərbaycan)" 2026-cı ilin ilk rübünü 1 milyon 731 min manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə bankın xalis mənfəəti 3 milyon 306 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə bankın xalis mənfəəti 1 milyon 575 min manat və ya 47,6 % azalıb.

2026-cı il 31 mart tarixinə "VTB (Azərbaycan)"ın cəmi aktivləri 323 milyon 966 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 17 milyon 744 min manat və ya 5,8 % artıb.

2026-cı ilin ilk rübünün sonuna "VTB (Azərbaycan)"ın kredit portfeli 254 milyon 69 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 10 milyon 431 min manat və ya 4,3 % artıb.

Depozit portfeli böyüyüb

2026-cı il 31 mart tarixinə "VTB (Azərbaycan)"ın depozit portfeli 108 milyon 635 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 6 milyon 821 min manat və ya 6,7 % artıb.

Xəbər yenilənəcək...

Избранный
54
24
marja.az

10Источники